RU

Tramp Netanyahu ilə görüşdə "Qəzza bizim - ABŞ-ın torpağı olacaq, fələstinlilər isə köçürüləcək" dedi - Ər-Riyad və HƏMAS-dan sərt təpkilər gəldi

ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahu ilə mətbuat konfransında "ABŞ Qəzzada idarəçiliyi götürəcək, qəzzalılar Qəzzanı tərk edib Misir, İordaniya və ya başqa yerlərdə məskunlaşmalıdırlar" sözləri dünyada böyük rezonans doğurub.

Mia.az xarici mətbuata isinadla xəbər verir ki, Trampın Qəzzanı ABŞ torpağına qatmaq planına ilk etirazı edən dövlətlərin başında Səudiyyə Ərəbistanı gəlib.

Adıçəkilən ölkənin Xarici İşlər Nazirliyi operativ bəyanat yayaraq, bunu qəbuledilməz sayıb: "Bölgədə müstəqil Fələstin dövləti qurulmayana qədər İsraillə də hər hansı bir əlaqə qurulmayacaq".

HƏMAS qruplaşması da Tramın bu iddiasını rədd edib və buna əsla razılaşmayacaqlarını bəyan edib: "Fələstinlilər əsla və əısla buu plana boyun əyməyəcək".

Xatırladaq ki, Tramp Ağ Evdə qəbul etdiyi İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında Qəzzanın tamamilə dağıdılmış böyük bir dağıntı sahəsi olduğunu qeyd edib: "Qəzzadakı fələstinlilərin qonşu ölkələrdə, xüsusilə Misir və İordaniyada tikiləcək yeni qəsəbələrə getmələri çox daha yaxşı olacaq. Birləşmiş Ştatlar Qəzza Zolağını ələ keçirəcək və biz orada çox iş görəcəyik. Biz onun sahibi olacağıq və ərazidəki bütün təhlükəli partlamamış bombaları və digər silahları yığışdırmaq, dağılmış binalardan xilas olmaq üçün məsuliyyət daşıyacağıq"

Lamiyə Əhmədli

Избранный
3
1
mia.az

2Источники