![Sabah](https://1news.az/images/2025/02/05/20250205110957674/thumb.jpg?2025-02-05+11%3A12%3A50)
Səbail, Nəsimi, Yasamal rayonlarının bir hissəsini içməli su ilə təmin edən magistral xətdə aparılacaq tikinti-bərpa və yenidənqurma işləri ilə əlaqədar bu rayonların müəyyən ünvanlarına suyun verilməsində fasilə yaranacaq.
1news.az İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə istinadən xəbər verir ki, işlər 6 fevral, saat 07:00-da yekunlaşdırılacaq. Bu tarixdən sonra suyun əvvəlki rejimlə verilməsi bərpa ediləcək.