RU

Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib - Zelenski

“Ukraynadakı müharibə ABŞ-yə milyardlarla dollar gəlir gətirib”.

Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Böyük Britaniyadan olan jurnalist Pirs Morqanın “YouTube” kanalına verdiyi müsahibəsində bildirib.

O deyib ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən ABŞ-dəki silah istehsalı şirkətləri son 50 ilin ən bahalı alqı-satqı müqavilələrini imzalamağa nail olublar: “Müharibə səbəbindən bütün Avropa ölkələrində silah alınmasına maraq var. Bu isə böyük məbləğdə pullar deməkdir. ABŞ-dəki istehsalçılar Avropada da ofislərə malik olduğundan hətta lisenziyalardan milyonlarla dollar qazana bilir. Biz özümüz Rusiyanın hərbi texnikasını, bu ölkənin ərazisindəki energetika obyektlərini və hərbi hədəfləri vurmaq üçün pilotsuz uçuş aparatları istehsal etmişik”.

V. Zelenski əlavə edib ki, ölkəsində hazırlanan texnologiyalardan Qərb dövlətləri də istifadə edir: “ABŞ isə bütün bunlarla yanaşı quru qoşunları ilə müharibə aparmaqda böyük təcrübə qazandı”.

Избранный
25
7
redaktor.az

8Источники