RU

Ötən il Baş Prokurorluqda hüquqi şəxslər və fərdi sahibkarlarla bağlı 5,5 mindən çox müraciətə baxılıb

2024-cü ildə Baş Prokurorluqda özəl sektorlarla bağlı hüquqi şəxslər və fərdi sahibkarla bağlı 5577 müraciətə baxılıb.

“Report”un əldə etdiyi məlumata görə, bunu Baş prokuror Kamran Əliyev “LEGIS” Regional Hüquq Forumda deyib.

O bildirib ki, bu kifayət qədər yüksək rəqəmdir:

“Bu müraciətlərdən çoxu baxılması üçün digər qurumlara göndərilib. 453 müraciət İqtisadiyyat Nazirliyinə, 272 müraciət Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə, 81-i Dövlət Gömrük Komitəsinə, 93-ü isə digər dövlət qurumlarına göndərilib”.

Избранный
27
8
report.az

6Источники