RU

İrəvan meriyasının bir neçə əməkdaşı saxlanılıb

Hüquq-mühafizə orqanları İrəvan meriyasının bir neçə əməkdaşını saxlayıb.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə meriyanın mətbuat katibi Ayk Kostanyan sosial şəbəkələrdə məlumat yayıb.

O, səbəblər və cinayət işi barədə məlumat verməyib və Antikorrupsiyaya Komitəsinə müraciət etməyi tövsiyə edib.

Antikorrupsiyaya Komitəsinin mətbuat katibi Marina Ohancanyan bildirib ki, işlə bağlı araşdırmalar aparılır.

Избранный
26
2
report.az

3Источники