RU

Böyük Britaniya XİN başçısı Ukraynada səfərdədir

Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi Ukraynanın paytaxtı Kiyevə gəlib.

“Report” xəbər verir ki, bu barədə “Reuters” agentliyi xəbər verir.

O, Kiyevdə ölkə Prezidenti Vladimir Zelenski ilə görüşəcək.

Səfər çərçivəsində D.Lemminin Ukraynaya əlavə 55 milyon funt-sterlinq (68,7 milyon dollar) məbləğində vəsaitin ayrılacağını elan edəcəyi gözlənilir.

Böyük Britaniya XİN-in məlumatına görə, vəsait Ukrayna taxılının Suriyaya tədarükünə, innovativ enerji layihələrinə, Ukraynada biznesin bərpasına yardıma, həmçinin sosial ödənişlərə yönəldiləcək.

Избранный
1
1
report.az

10Источники