RU

Hakan Fidan: Türkiyə və region ölkələri fələstinlilərin Qəzzadan çıxarılması bəyanatları ilə razılaşa bilməz

Türkiyə və region ölkələri ABŞ Prezidenti Donald Trampın fələstinlilərin Qəzza zolağından çıxarılması ilə bağlı bəyanatları ilə razılaşa bilməz.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan “Anadolu” agentliyinə bildirib.

"Bu, nə regionun, nə də bizim qəbul edə biləcəyimiz vəziyyətdir. Hətta bu barədə düşünmək belə vaxt itkisidir. Bunu müzakirəyə çıxarmaq da düzgün deyil", - siyasətçi qeyd edib.

H.Fidan həmçinin vurğulayıb ki, Türkiyə Qəzza zolağında fələstinlilərin maraqlarına cavab verməyən istənilən təşəbbüsün əleyhinədir.

Избранный
2
5
report.az

10Источники