RU

“Yelo Bank”ın vaxtı keçmiş kreditlərinin dəyəri 28 milyon manatı ötüb

“Yelo Bank” ın 2024-cü il ərzində vaxtı keçmiş kreditlərin həcmi 28 milyon 621 min manat təşkil edib.

Valyuta.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

Belə ki, bankın ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi artıb. Belə ki, 2024-cü ildə bankda vaxtı keçmiş kreditlərin həcmi 2023-cü ilin sonu ilə müqayisədə  16,6% və ya 4 milyon 90 min manat çoxdur.

“Yelo Bank”da 2023-cü ilin sonunda vaxtı keçmiş kreditlərin həcmi  24 milyon 531 min manat təşkil edib.

Qeyd edək ki, 2024-cü il ərzində bank 935 milyon 89 min manat kredit verib ki, bu da 2023-cü illə müqayisədə 22,3% və ya 170 milyon 780 min manat çoxdur.

2023-cü ilin sonunda bankın verdiyi kreditlərin həcmi 764 milyon 309 min manat təşkil edib.

Bununla yanaşı, bankın standart kreditlərin həcmi 889 milyon 025 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 21,8% və ya 159 milyon 168 min manat çoxdur.

“Yelo Bank”da 2023-cü il ərzində standart kreditlərin həcmi 729 milyon 857 min manat təşkil edib.

Xatırladaq ki, "Yelo Bank" 1994-cü ildən fəaliyyət göstərən "Nikoil Bank" ASC-nin bazasında 2019-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 378 milyon manatdır. 

Избранный
8
valyuta.az

1Источники