İsrailin baş naziri B. Netanyahu D. Trampı Qəzzadan fələstinlilərin köçürülməsinə razı salıb. Məhz B. Netanyahunun Vaşinqtona səfəri Qəzza planın reallaşdırılmasıdna həsr olunub. Çünki, Həmasla bir il yarım döyüşlərdən İsrail qələbə əldə edə bilmədi. Həmas Qəzzada öz hərbi mövcudluğunu qoruyub saxladi. Halbuki, B.Netanyahu Həmasi məhv edəcəyini qeyd edirdi.
Həmasın Qəzzada qalması B. Netanyahunun siyasi və hərbi uğursuzluğudu. Öz məğlubiyyətini Qəzzadan fələstinlilərin köçürülməsi ilə əvəzlənməyi planlaşdırır.
ABŞ-ın Fələstin siyasəti iki dövlət mərhələli həll planın üstündən xətt çəkir. Qəzzadan fələstinlilərin köçürülməsi, yeni bir müharibəyə gətirib çıxara bilər. Misirdə beş ərəb ölkəsi D. Trampa məktub göndərərək Qəzzadan fələstinlilərin köçürülməsinin yolverilməz olduğunu qeyd ediblər. Türkiyə Qəzza ilə bağlı mövqeyini ortaya qoymayıb. Ankarada ABŞ köçürmə siyasətinə qarşı olacağı gözlənilir.
B. Netanyahu iki dövlət həll planını tamamilə beynəlxalq siyasi gündəmdən aradan götürməyə çalışır. Amma, bu mümkün görünmür.
Məhəmməd Əsədullazadə