RU

Vahid Əhmədov xəstəxanaya yerləşdirilib? - AÇIQLAMA

Sosial şəbəkələrdə sabiq deputat Vahid Əhmədovun səhhətinin ağır olduğu ilə bağlı məlumatlar yayılıb. Keçmiş millət vəkili Oxu.Az-a açıqlamasında bu informasiyaların həqiqətə uyğun olmadığını deyib:

 

"Səhhətimin ağırlaşması ilə bağlı haqqımda yayılan məlumatlar şayiədir, həqiqəti əks etdirmir. 25 il deputat kimi fəaliyyət göstərmişəm, az müddət deyil. Hazırda istirahət edirəm. Vəziyyətim də yaxşıdır".

 

***

14:21

 

Sabiq millət vəkili Almaniyaya aparılıb. Məlumata görə sabiq millət vəkili hazırda bu ölkənin xəstəxanalarından birinə yerləşdirilib.

 

Vahid Əhmədovun bir müddətdi səhhətində problemlər olduğu vurğulanır.

 

Qeyd edək ki, Vahid Əhmədov millət vəkili olduğu müddətdə də müalicə üçün xaricə üz tuturdu və bir neçə dəfə İsrail və Almaniyada müalicə olunmuşdu.Vətəninfo.az

Tarix: 5 Fevral 2025, 15:08   
Избранный
5
2
pravda.az

5Источники