RU

ABŞ-da təyyarə kabinədən gələn qoxuya görə təcili eniş etdi

ABŞ-ın Nyu-York ştatından havaya qalxan təyyarə sərnişin salonundan gələn qoxuya görə istiqamətini dəyişərək təcili eniş etmək məcburiyyətində qalıb.
Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Nyu-Yorkdan ABŞ-ın Orlando şəhərinə uçan “Delta Air Lines” şirkətinə məxsus təyyarə sərnişin salonundakı qoxuya görə marşrutu dəyişərək təcili eniş etmək məcburiyyətində qalıb.

158 sərnişini olan təyyarədəki qoxunun səbəbini müəyyən etmək mümkün olmayıb.

Delta Air Lines açıqlamasında: "John F. Kennedy-dən (JFK) qalxan Nyu-Yorkdan Orlandoya 2090 saylı reys kabinədə bir qoxu aşkar edildikdən və təhlükəsiz eniş etdikdən sonra Şimali Karolina istiqamətləndirilib".

Tehran,

Sitat.info 

Избранный
5
sitat.info

1Источники