RU

“Qarabağ”dan ayrılan futbolçu Macarıstan klubuna keçib

Macarıstanın "Ferentsvaroş" komandası “Qarabağ"ın sabiq futbolçusu Julio Romaonun transferini açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı yarımmüdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, 2022-ci ilin yayından Ağdam təmsilçisində çıxış edən Julio Romao 120 oyunda 2 qol vurub. 27 yaşlı oyunçu 2022/2023 və 2023/2024-cü illər mövsümlərində Azərbaycan çempionu, 2023/2024-cü illər mövsümündə isə ölkə kubokunun qalibi olub.

Избранный
11
2
xezerxeber.az

3Источники