RU

Birinci Qarabağ müharibəsinin daha üç şəhidi dəfn olunacaq

Birinci

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhidimiz dəfn olunacaq.

Reyting.az
xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Bildirilir ki, vaxtilə itkin düşmüş hərbçilərimizin kimliyi eyniləşdirilib və onların qalıqları fevralın 7-də torpağa tapşırılacaq.

Məmmədov Tərlan Fikrət oğlu Yevlax şəhəri Şəhidlər xiyabanında, Quliyev Müşfiq İbrahim oğlu Cəbrayıl rayonu Horovlu kənd qəbiristanlığında, Tağıyev Elşən Qubad oğlu isə Salyan rayonu Seyidsadıqlı kənd qəbiristanlığında dəfn olunacaq.
Избранный
12
8
reyting.az

10Источники