RU

Saçların ağarmasının qarşısını alan bitkilər

Naqoya Universitetinin yapon tədqiqatçıları maraqlı kəşf ortaya qoyublar. Onlar kərəviz, brokoli, yerkökü, soğan və bibərdə olan təbii antioksidant olan luteolinin saçların ağarmasının qarşısını aldığını müəyyən ediblər.

Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, luteolin verilən heyvanlar təbii rənglərini qoruyub saxlayır, digər siçanlar isə tədricən boz olur. Bunula bağlı elmi iş Antioksidants jurnalında dərc olunub.


Tədqiqatın müəllifləri, professor Masaşi Kato və Dr. Takami Kaqava, hesperetin və diosmetin də daxil olmaqla bir neçə antioksidantın təsirlərini araşdırıblar. Lakin yalnız luteolin tüklərə əhəmiyyətli təsir göstərib.

Alimlər bunu onun hüceyrələr arasında siqnalların ötürülməsində əsas rol oynayan zülallar olan endotelin işini dəstəkləmək qabiliyyəti ilə əlaqələndirirlər. Bu mexanizm vasitəsilə luteolin saçda piqment yaradılmasına cavabdeh olan melanositlərin aktivliyinin azalmasının qarşısını alır.

Tural

Избранный
2
news365.az

1Источники