ABŞ-ın tariflər tətbiq etməsindən sonra “Google”a qarşı araşdırmaya başlayan Çin növbəti hədəfini açıqlayıb.
İndex.az xəbər verir ki, Çin indi də “Apple”in “App Store” ödənişləri ilə bağlı araşdırma açmağı planlaşdırır.
Çinin yeni hədəfi “Apple”in siyasətlərini nəzərdən keçirərək, tətbiqdaxili xərcləri 30%-ə qədər azaltmaq, həmçinin, xarici ödəniş xidmətləri və mağazaları qadağan etməkdir.
Qeyd edək ki, Çin rəsmiləri ötən ildən “Apple” rəhbərləri və proqram tərtibatçıları ilə görüşlər keçirir.