RU

Meksika sərhədə qoşun yığır

ABŞ sərhəd təhlükəsizliyinin artırılması müqabilində bu ölkəyə gömrük rüsumlarını bir ay müddətinə dayandırdıqdan sonra Meksika sərhədə əlavə hərbçilərin yerləşdirilməsi prosesinə başlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Meksika Prezidenti Klaudiya Şeynbaum milli qvardiya və ordunun üzvlərinin sərhədə yeridilməyə başladığını açıqlayıb.

"Bu personal fentanil, digər narkotik vasitələrin axınını, ABŞ-yə qeyri-qanuni immiqrasiyanı dayandırmaq və buradan odlu silahların daxil olmasının qarşısını almaq üçün sərhəddə artıq yerləşdirilmiş qoşunları gücləndirəcək".

Избранный
10
cebheinfo.az

1Источники