Dəm qazından zəhərlənən hərbçilərin kimliyi məlum oldu - YENİLƏNİB
Ağstafada dəm qazından zəhərlənən hərbiçilərin kimliyi məlum olub.
"Unikal"ın məlumatına görə, zəhərlənlər Sumqayıt şəhər sakini 2004-cü il təvəllüdlü Rəfail Hacızadə, Cəlilabad rayon sakini 2002-ci il təvəllüdlü Ruslan Əliyev və Yardımlı rayon sakini 1995-ci il təvəllüdlü Saleh Abdullazadədir.
Faktla bağlı araşdırma aparılır.
***08:44
Ağstafada üç nəfər dəm qazından zəhərlənib.
"Unikal"ın məlumatına görə, hadisə Ağstafa şəhərinin mərkəzi küçələrinin birində qeydə alınıb. Belə ki, 3 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. Məlumata görə, hər üç şəxs kirayə qaldıqları evdə dəm qazında zəhərlənib.