İcbari Sığorta Bürosunun Himayəçilər Şurasına yeni üzv seçilib.
Elçin Əlizadə Ağaməmməd oğlu qeyd edilən vəzifəyə seçilib.
Elçin Əlizadə Azərbaycan Mərkəzi Bankında Daxili audit departemantinin direktorudur. O, paralel olaraq İSB-da Audit Komitəsinin sədri idi.
Qeyd edək ki, İSB-nin bu orqanına Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Zəfər oğlu Əliyev sədrlik edir.
Himayəçilər Şurasının üzvlərinin tərkibinə Azərbaycan Respublikasının Mərkəzi Bankının iki nümayəndəsi, iştirakçı sığortaçıların isə üç nümayəndəsi daxildir. ///Banker.az