RU

Rusiya rəsmisi AZAL təyyarəsi ilə bağlı ilkin hesabatı şərh etməkdən imtina edib

Rəsmi Kreml “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer-190” sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin hesabatını şərh etmir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Bu ilkin hesabatdır. Təbii ki, bizim aidiyyatı idarələrimiz bunu böyük diqqətlə öyrənəcəklər. Rusiya Prezident Administrasiyasının bu mövzuya münasibət bildirməsi mümkün deyil, biz bunu mümkün hesab etmirik".

Qeyd edək ki, ötən gün Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” QSC-nin “Embraer-190” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı istintaqın ilkin hesabatını dərc edib.

 

Избранный
6
1
herbiand.az

4Источники