RU

Üç baş məşqçi diskvalifikasiya edilib

AFFA-nın İntizam Komitəsi üç komandanın baş məşqçisini cəzalandırıb.

İdman.biz xəbər verir ki, “Metak”ın çalışdırıcısı Mehman Səfərov U-15 Liqasının “Turan Tovuz”la ev görüşündə hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alıb.

AFFA məşqçiyə 5 oyunluq cəza verib. “Səbail”in baş məşqçisi Etibar Həsənovun da cəzası eyni olub. O, U-13 Qızlar liqasının “Şəfa” ilə matçında təhqiredici, qeyri-etik ifadələr işlətmək və ya jestlərdən istifadə səbəbilə qırmızı vərəqə aldığı üçün bu cəzaya layiq görülüb.

I Liqada çıxış edən “Qaradağ Lökbatan”ın çalışdırıcısı Fərid Məmmədov isə 1 matçlıq diskvalifikasiya edilib. O, “Cəbrayıl”la qarşılaşmada ikinci sarıdan qırmızı vərəqə alıb və klubunu 100 manat xərcə salıb.

İdman.biz

Избранный
3
idman.biz

1Источники