RU

AFFA Birinci Liqa klublarını da cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Birinci Liqanın 12-ci turunun oyunları ilə bağlı müxtəlif qərarlar qəbul olunub.

Arena.az həmin qərarların siyahısı ilə sizi də tanış edir:

MOİK – “İmişli” oyununda “İmişli”nin 6 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Oyun bitdikdən sonra “İmişli”nin futbolçusu Seyxan Fərəcov stadionun əmlakına zərər vurduğuna görə 1 oyun cəzalanıb. “İmişli” klubu buna görə 100 manat cərimə edilib. MOİK klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.

“Karvan” – “Difai” oyununda “Difai”nin 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. Bu oyunda Əsasnamənin tələbləri pozulduğuna görə “Karvan” komandası 50 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” komandası 80 manat cərimə edilib.

“Qəbələ” – “Baku Sportinq” oyununda “Qəbələ” matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.

“Qaradağ Lökbatan” – “Cəbrayıl” oyununda “Cəbrayıl”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Qaradağ Lökbatan”ın baş məşqçisi Fərid Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Qaradağ Lökbatan” buna görə 100 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qaradağ Lökbatan” 80 manat cərimə edilib.

“Zaqatala” – “Mingəçevir” oyununda “Mingəçevir”in 4 futbolçusu sarı vərəqə aldığına görə sözügedən klub 70 manat cərimə edilib. “Mingəçevir”in futbolçusu Elnur Mirzəyev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubu 50 manat cərimə edilib. “Mingəçevir”in azarkeşləri pirotexniki vasitədən istifadə etdiyinə görə sözügedən komanda 150 manat cərimə edilib. Bu oyunda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Zaqatala” komandası 80 manat cərimə edilib.

Избранный
15
2
arena.az

3Источники