RU

AFFA-dan klublara cəza və cərimələr

AFFA İntizam Komitəsinin iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, toplantıda Misli Premyer Liqasının 21-ci turunun oyunları ilə bağlı da qərarlar qəbul olunub.

Misli Premyer Liqasında 21-ci turun “Neftçi” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Şamaxı” klubu 700 manat cərimə edilib.

“Turan Tovuz” – “Səbail” oyununun 45-ci dəqiqəsində “Turan Tovuz” klubunun 40 nömrəli futbolçusu Kauan Martins rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Turan Tovuz” klubu 1000 manat cərimə edilib. Matçın 45+3-cü dəqiqəsində “Turan Tovuz” klubunun məşqçisi Ruslan Abışov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanıb. “Turan Tovuz” 1500 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

"Turan Tovuz” klubunun azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” klubu 1000 manat cərimə edilib.

“Sumqayıt” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan” komandası 700 manat cərimə edilib.

“Zirə – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Zirə” klubu 800 manat cərimə edilib.

Mənbə: qafqazinfo.az

Избранный
1
4
qafqazinfo.az

7Источники