Bakı. Trend:
Dövlət Dəniz və Liman Agentliyində (DDLA) aparılan islahatlarıntərkib hissəsi olaraq, fevralın 5-dən etibarən gəmilərin sıraviheyət hazırlığı üzrə yekun imtahanların keçirilməsinəbaşlanılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Trend-ə verilən məlumata görə,imtahanlar Agentliyin xüsusi proqram təminatı vasitəsilə kompütertest imtahanı formatında təşkil olunub. Namizədlər imtahandankeçmək üçün 75 dəqiqə ərzində təqdim olunan 50 sualdan ən azı 30-nucavablandırmalı olublar. İmtahan sualları asan, orta və çətinağırlıq dərəcələrində olmaqla bir neçə variantda namizədlərə təqdimedilib. Proses heç bir insan faktoru olmadan proqram təminatıtərəfindən təsadüfi seçilmiş suallar əsasında həyata keçirilir.Hazırlıq kurslarının müdavimlərinin rahatlığının təmin edilməsiməqsədilə bütün ixtisaslar üzrə imtahan sualları və doğru cavablarəvvəlcədən Agentliyin veb-saytında yerləşdirilib.
Qeyd edək ki, Agentliyin inzibati binasında müasir tələblərəcavab verən kompüterlərlə və zəruri texniki avadanlıqlarla, ocümlədən fasiləsiz elektrik enerjisini təmin edən qurğularla təchizolunmuş imtahan zalı istifadəyə verilib. Zalda eyni vaxtda 41nəfərin imtahan prosesində iştirak etməsi mümkündür. Bu da öznövbəsində hazırlıqları başa vurmuş müdavimlərin beynəlxalq vəmilli qanunvericiliyin tələblərinə uyğun zəruri sənədləri əldəedərək əmək fəaliyyətinə başlamalarına ən qısa zamanda şəraityaradır.
Xatırladaq ki, gəmilərin sıravi heyət mütəxəssislərininhazırlığı üzrə biliklərin yekun qiymətləndirilməsi “Dənizçilərinhazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair”Beynəlxalq Konvensiyanın I/8-ci qaydasına əsasən “Dənizçilərinbiliyinin qiymətləndirilməsi” haqqında keyfiyyətin idarə olunmasısisteminə uyğun aparılacaq.
Dənizçilərin biliklərinin qiymətləndirilməsi ilə bağlı tətbiqolunan yeniliklər imtahanların daha şəffaf və keyfiyyətli şəkildəkeçirilməsinə, həmçinin əmək bazarının tələblərinə uyğun dahayüksək bilik və bacarığa malik olan dənizçilərin hazırlanmasınaimkan yaradacaq.
Bununla yanaşı, dənizçilərin hazırlıq səviyyəsinin yüksəldilməsiistiqamətində görülən işlərin davamı olaraq xüsusi hazırlıqşəhadətnamələrinin verilməsi və yenilənməsi üzrə imtahanların cariilin 1 mart tarixindən Agentlikdə təşkil olunmasınabaşlanılacaq.