Ermənistanın Eçmiədzin şəhərinin Komitas meydanından Qarabağda ləğv edilmiş separatçı "artsax" rejiminin bayrağı götürülüb. BUTA.TV Unikal.az-a istinadən xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Qeyd olunub ki, hadisə gecə saatlarında baş verib. Metal bayraq dirəyi kəsilib, bayrağın özü isə götürülüb. Şəhər sakinləri bunun ilk olmadığını, daha əvvəl də sözügedən bayraqların yığışdırıldığını bildiriblər. Şəhər meriyası bu barədə göstərişin verildiyini təsdiqləyib: "Bəli, biz bunu etdik. Əmri kimin verdiyini soruşmağa gəlincə, bunu özünüz təxmin etməlisiniz. Əmr yuxarıdan verilib". Eçmiədzin sakini Armen Aleksanyan bildirib ki, Paşinyan rejimi hesab edir ki, "Artsax" bayrağı Ermənistanda olmamalıdır.