RU

İrandan Trampa cavab gəldi: "Biz heç vaxt nüvə silahına sahib olmayacağıq"

"Bizim heç vaxt nüvə silahı proqramımız olmayıb və olmayacaq da".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu bəyanatı İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami ABŞ prezidenti Donald Trampın ötən gün İsrail Baş naziri Netanyahu ilə birgə mətbuat konfransında söylədiklərinə cavab olaraq verib.

O bildirib ki, İranın nüvə silahı əldə etmək niyyətində olması barədə açıqlama həqiqəti əks etdirmir: “Trampın İranın nüvə silahına malik olmaması ilə bağlı açıqlaması, əslində, aydın bir nöqtədir. Təkrar edirəm, İranın heç vaxt nüvə silahı proqramı olmayıb. İran yalnız  təminat müqaviləsi və NPT (Nüvə Silahlarının Yayılmaması Müqaviləsi) çərçivəsində dinc nüvə fəaliyyətlərini davam etdirir".

Zülfiyyə MUSTAFAYEVA
MİA.AZ

Избранный
2
mia.az

1Источники