Bakı. Trend:
Ötən il Azərbaycanda dəniz nəqliyyatı vasitəsilə 2,6 milyard ABŞdolları dəyərində 2,8 milyon ton yük daşınıb.
Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldəedib.
Məlumata görə, bu, 2023-cü ildəki göstəriciyə nisbətən dəyərifadəsində 722,9 milyon ABŞ dolları və ya 37,6%, həcm ifadəsindəisə 205,1 min ton və ya 7,9% çoxdur.
Məlumata əsasən, hesabat dövründə bu nəqliyyat vasitəsiləAzərbaycandan 97,2 milyon ABŞ dolları dəyərində 95,5 min ton yükixrac edilib ki, bu da illik müqayisədə dəyər baxımından 85,3milyon ABŞ dolları və ya 46,7% azalma, həcm ifadəsində isə 16,6 minton və ya 21,1% artım deməkdir.
Eyni zamanda dövr ərzində dəniz nəqliyyatı vasitəsiləAzərbaycana 2,5 milyard ABŞ dolları dəyərində 2,7 milyon ton yükidxal edilib. Bu isə 2023-cü ildəki göstəriciyə nisbətən dəyərifadəsində 808,2 milyon ABŞ dolları və ya 46,4%, həcm baxımıdan isə188,5 min ton və ya 7,5% çoxdur.