Dünən gecə saatlarında İsveçin Orebro şəhərində məktəbə hücum nəticəsində ölənlərin sayı 11-ə çatıb.
News24.az xəbər verir ki, bu barədə polis nümayəndələri mətbuat konfransında məlumat verib.
Ölənlər arasında təxminən 35 yaşında bir kişi olduğu ehtimal edilən cinayətkar da var.
Hazırda 6 yaralı xəstəxanadadır. Onlardan beşinin xəsarəti ağır, digərinin vəziyyəti isə orta ağır qiymətləndirilir. Yaralıların və ölənlərin şəxsiyyəti hələ müəyyən edilməyib. Bundan əlavə, əməliyyatda iştirak edən 6 polis əməkdaşı tüstüyə məruz qalaraq zəhərlənib.
Faktla bağlı araşdırmalar davam edir.
Ağa Dadaşzadə