![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/5/1/c0fa9531-82a1-49b1-a0c9-704e39cf4e0b/neymar-yeni-santos.jpg)
“Santos”un braziliyalı hücumçusu Neymar Rio-de-Janeyro ştatının Manqaratiba şəhərindəki evindən klubun məşq meydançasına şəxsi helikopteri ilə gedib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.
Bildirilib ki, bunun səbəbi Neymarın hələ də klubun yerləşdiyi şəhərdə daşınmaz əmlak almamasıdır.
Nəşrin bildirdiyinə görə, oyunçu prestijli Morro de Santa Terezinya rayonunda yeni malikanə almağa hazırlaşır.
Qeyd edək ki, Neymar Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubundan ayrıldıqdan sonra Braziliyanın “Santos” klubuna qayıdıb.
Hücumçu 2009-2013-cü illərdə “Santos”da çıxış edib. Bu müddət ərzində o, bütün turnirlərdə 225 matçda iştirak edib, 136 qol vurub və 64 məhsuldar ötürmə edib.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 15 milyon avrodur.