RU

Hraparak: USAID-in fəaliyyətinin dayandırılması Ermənistanda “çaxnaşma yaradır”

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətini dayandırmaq qərarı həm dünyada, həm də Ermənistanda “çaxnaşma yaradıb”, çünki “böyük siyasi fəallar qrupu illərdir Amerikanın belə proqramları ilə qidalanırdı”. Bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

Qeyd olunur ki, əvvəllər USAID tərəfindən maliyyələşdirilən bəzi qeyri-hökumət təşkilatları (QHT) artıq Ermənistan hökumətinin onlara dəyən itkilərə görə kompensasiya verməli olduğunu deyirlər.

Nəşr qeyd edir ki, bu vəziyyət Ermənistan hakimiyyətini də narahat edir. “...yaxın vaxtlarda onların (QHT-lərin) maliyyələşməsi bərpa olunmasa, ola bilsin ki, hökumət bəzi QHT-lərin maliyyə problemlərini öz üzərinə götürəcək”, deyə məqalədə vurğulanır. 

Ülviyyə, Hurriyyet.az

Избранный
2
hurriyyet.az

1Источники