Bu sözləri Demokrat.az-a açıqlamasında tanınmış həkim Rəşad Sultan deyib.
O bildirib ki, "Yaxma" analizi ilə bu dəyişiklikləri aşkar edib müalicə etmək mümkündür:
"Ancaq daha da yaxşısı virusun ümumiyyətlə orqanizmə daxil olmasının qarşısını almaqdır. Bunun üçün HPV peyvəndi şərtdir. Virus təkcə uşaqlıq boynu xərçəngi törətmir, həm də xarici cinsiyyət orqanlarında ziyillər törədir, dərinin bütün bölgələrində, digər orqanların selikli qişalarında ziyillər və xərçəng yarada bilir. Virusun törətdiyi xərçəng ağır keçir, məsrəflidir. Sonda da ölümlə nəticələnə bilir. Həm insanların sağlamlığı, həm də dövlətin sağlıq qurumları üzərinə düşən yükü aradan qaldırmaq üçün peyvənd vurmaq cəmiyyət üçün daha sərfəlidir".
Onun sözlərinə görə, ölkəmizdə peyvənd kütləvi şəkildə tətbiq olunmur:
"Peyvəndin kütləvi şəkildə tətbiq olunduğu ölkələrdə xərçəngin sayında ciddi azalma müşahidə olunur. Özəl xəstəxanalar və ya apteklərdən xəstələr peyvəndi əldə edə bilirlər. Ancaq bu həmin insanın həyatına kömək edir, cəmiyyətimizə faydası olmur. Arzu olunandır ki, peyvənd yaxın zamanda ölkəmizdə kütləvi şəkildə tətbiq olunsun".
Əfsanə Kamal
Demokrat.az