RU

Avropa Şurası Putinə qarşı Xüsusi Tribunal yaradır -VİDEO

Avropa Şurası Ukraynaya qarşı təcavüz cinayəti üzrə Xüsusi Tribunalın yaradılmasının hüquqi əsasları barədə razılığa gəlib.

 

Bu barədə BBC məlumat yayıb.

 

Məlumata görə, tribunal yaradılarsa, o, Beynəlxalq Cinayət Məhkəməsindən müstəqil olacaq: “Təcavüz cinayəti başqa bir dövlətə qarşı müharibənin başlamasından ibarət olan beynəlxalq cinayətlərin ayrıca kateqoriyasıdır. Münaqişənin həm sıravi iştirakçılarının, həm də hər iki tərəfin komandirlərinin məsuliyyətə cəlb oluna biləcəyi hərbi cinayətlərdən və insanlığa qarşı cinayətlərdən fərqli olaraq, təcavüz cinayəti yalnız hücum qərarı verən ölkənin ən yüksək rəhbərliyinə aid edilə bilər. Beləliklə, tribunalın yaradılması barədə qərar qəbul edilərsə, onun işi ilk növbədə Vladimir Putinə aid olacaq”.

Избранный
4
4
senzor.az

9Источники