RU

İran nüvə silahı yarada bilər

Tramp İranın yaxın zamanlarda nüvə silahı yarada biləcəyini etiraf edib.

News24.az bildirir ki, Tramp vurğulayıb ki, ABŞ Tehranın bu tip silaha sahib olmasına icazə verməyəcək.

"Onların nüvə silahı ola bilməz - mənim yeganə şərtim budur", - ABŞ prezidenti əlavə edib.

Həmçinin, dünən bildirilmişdi ki, iranlı hərbi mühəndislər və alimlər onların artan nüvə yanacağı ehtiyatlarını bir il deyil, aylar ərzində real silaha çevirməyə imkan verəcək qısa yol axtarırlar. “The New York Times” qəzetinin yazdığına görə isə məsələnin ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında müzakirə olunacağı ehtimal edilir.

Bundan əvvəl məlum olub ki, Tramp İranın nüvə proqramını cilovlamaq problemini həll edə bilməsə, İsrailə bu ölkənin ərazisindəki nüvə obyektlərinə zərbələr endirməyə icazə verə bilər. 


Избранный
2
news24.az

1Источники