Rusiyanın "Zenit" klubunun sabiq hücumçusu Malkomu geri qaytarmaq üçün Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-Hilal"la danışıq aparıb.
Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, sözügedən oyunçu özü də Sankt-Peterburq komandasına qayıtmaq istəsə də, tərəflər ortaq məxrəcə gələ bilməyiblər.
Daha öncə "Barselona"da oynamış Malkom 2019-2023-cü illər aralığında "Zenit"in uğurları üçün çalışıb. O, 4 dəfə Rusiya Premyer Liqasının, Rusiya Kubokunun və Superkubokunun qalibi olub. Braziliyalı futbolçu 2023-cü ilin iyulundan "Əl-Hilal"dadır.
Nihat