RU

"Turan Tovuz" cərimələndi, məşqçisi cəzalandırıldı

AFFA İntizam Komitəsi "Turan Tovuz" klubunu 3500 manat cərimələyib.

Fanat.Az xəbər verir ki, qərb təmsilçisi Misli Premyer Liqasının XXI turunda evdə "Səbail"lə oyunda (1:1) yaşananlara görə ziyana düşüb.

Sözügedən qarşılaşmada komandanın birbaşa qırmızı vərəqə alan futbolçusu Kauan Martins bir matçlıq cəzalanıb, kluba 1000 manat cərimə tətbiq olunub.

İlk hissənin sonunda meydan sahiblərinin məşqçisi Ruslan Abışov hakimin qərarına etiraza görə qırmızı vərəqə görüb. Mütəxəssisə biri şərti olmaqla 2 oyunluq cəza kəsilib, klub 1500 manat cərimələnib. Abışova 3 ay sınaq müddəti tətbiq edilib.

Tovuzlular həmçinin azarkeşlərin hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirməsi üzündən əlavə 1000 manat da ödəyəcəklər.

Избранный
22
7
fanat.az

8Источники