Kəlbəcər Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti 4 ədəd tenderə yekun vurub.
Laçında 2 ədəd kənd yaşayış məntəqəsinin layihəsi hazırlanır - 1,8 MİLYONLUQ TENDERLƏR UDULDU
FED.az xəbər verir ki, tenderlər Kəlbəcərdə layihələndirilmə xidmətinin satın alınması ilə bağlıdır. Tenderlər çərçivəsində Kəlbəcərdə 2 kənd, inzibati bina və yaşayış məhəlləsi layihələndiriləcək.
Qeyd edək ki, dövlət qurumu tenderlərin qalibləri ilə toplamda 2 295 679 manat dəyərində müqavilələr imzalayıb.
Daha detallı aşağıdakı cədvəldə:
№ | Satınalma predmeti | Qalibin adı | Qalibin VÖEN-i | Məbləğ |
1 | Kəlbəcər rayonu ərazisində yerləşən inzibati binanın layihələndirilməsi xidmətinin satın alınması | "TK Project" MMC | 1305273901 | 601 918 AZN |
2 | Kəlbəcər şəhəri 2-ci yaşayış məhəlləsinin layihələndirilməsi xidmətinin satın alınması | "Red Line Studio" MMC | 1805743001 | 502 739 AZN |
3 | Kəlbəcər rayonu ərazisində yerləşən Çıraq kəndinin (Tövlədərə kəndi ilə birlikdə) layihələndirilməsi xidmətinin satın alınması | "PBA" QSC | 1402527561 | 594 862 AZN |
4 | Kəlbəcər rayonu ərazisində yerləşən Otaqlı kəndinin layihələndirilməsi | "PBA" QSC | 1402527561 | 596 160 AZN |