RU

Aberdində 2 Fevral – Azərbaycan Gəncləri Günü qeyd olunub (FOTO)

Şotlandiyanın Aberdin şəhərində 2 Fevral – Azərbaycan GəncləriGünü münasibətilə tədbir keçirilib.

Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.

Bildirilib ki, diaspor fəalı Billurə Bayramova-Bernardınailəsinin təşəbbüsü və Aberdin Universiteti Azərbaycan Cəmiyyətinin(ASUA) iştirakı ilə baş tutan tədbirdə Azərbaycanın musiqiləri,milli adət-ənənələri, zəngin mətbəxi nümayiş olunub.

Azərbaycan diasporunu bir araya gətirən tədbirin keçirilməsindəməqsəd ölkə xaricində təhsil alan gənclərimizi bir araya gətirmək,onlarda Azərbaycançılıq ideologiyasının yaşaması və milli birlikhissinin daha da gücləndirilməsinə imkan yaratmaqdır.

Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan dövlətinin diaspor,gənclər və mədəniyyət siyasətinə, “Gənclərin xarici ölkələrinnüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair2022–2026-cı illər üçün Dövlət Proqramı”na və “AzərbaycanMədəniyyəti - 2040” Milli Mədəniyyət Konsepsiyası və Konsepsiyaçərçivəsində 2025-2030-cu illər üçün Birinci Milli FəaliyyətPlanına uyğun olaraq tədbirin təşkilinə dəstək göstərib, ASUA-nımüxtəlif təbliğat materialları, milli geyimlər və bayraqlarla təminedib.

Qeyd edilib ki, diaspor fəalı Billurə Bayramova-Bernard və ASUAmütəmadi olaraq bu cür tədbirlər təşkil edir, xaricdə yaşayan gəncsoydaşlarımızın öz köklərindən uzaq düşməməsinə, Azərbaycanmədəniyyətinin beynəlxalq müstəvidə təbliğinə töhfə verir.

Aberdində
Aberdində
Избранный
1
2
az.trend.az

3Источники