Bunu “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev ARB24 telekanalının efirində "İşgüzar səhər" verilişində deyib.
O qeyd edib ki, qəza ilə bağlı araşdırmanın açıqlanan ilkin nəticələri Azərbaycan təyyarəsinin Rusiya hava məkanında vurulduğunu açıq şəkildə göstərir.
“Azərbaycan tərəfi heç vaxt bildirməyib ki, Rusiya tərəfi Azərbaycanın mülki təyyarəsini qəsdən vurub. Əlbəttə ki, bu, xoşagəlməz bir hadisədir. Amma bu qəsdən olmayan hərəkətə görə də Rusiya tərəfi açıq şəkildə tam olaraq üzr istəməlidir. Rusiya tərəfinin hadisə ilə bağlı indiyədək açıqlamalarında “Rusiya hava məkanında baş verən bədbəxt hadisə” ifadəsini istifadə edib".
F.Hüseynəliyev vurğulayıb ki, bu, Rusiya hava məkanında bədbəxt hadisə deyil.
"Bu, Rusiya hava hücumundan müdafiə qüvvələrinin atdığı səhv bir addımdır. "Hadisə" və "səhv" fərqli anlayışlardır. Ona görə də düşünürəm ki, daha dəqiq terminlərlə üzr istənməlidir”, - deyə F.Hüseynəliyev vurğulayıb.
Agentlik direktoru onu da əlavə edib ki, növbəti mərhələdə kompensasiya ödənişi və təyyarənin vurulmasında iştirak edən şəxslərin məsuliyyətə cəlb edilməsi məsələsi həyata keçirilməlidir:
“Rusiya tərəfinin hansı addımları atacağını proqnozlaşdırmaq bir qədər çətin olar. Çünki Rusiya tərəfi əvvəldən də tam aydın şəkildə hadisənin necə baş verdiyini bilirdi. Onların hansı addımları atacağını yaxın günlərdə görəcəyik. Ancaq reallıqdır ki, artıq Rusiya teleqram kanallarında ortaya atılan sərsəm iddiaların üstündən tam xətt çəkilir. Rusiya tərəfi də anlayır ki, bunu gizlədə bilməyəcək”.
F.Hüseynəliyev hadisənin ilk günlərində baş verən məsələnin diplomatik yolla yatırılması cəhdlərinə də diqqət çəkib:
“Qəzanın hansısa diplomatik yollarla yatırılması cəhdləri də olurdu. Amma Azərbaycan tərəfinin qətiyyəti göstərdi ki, biz bu məsələdə hər hansı bir kənar istiqamətdə araşdırma aparılmasına imkan verməyəcəyik. Ona görə də qara qutuların açılması məhz Braziliyaya göndərildi. Halbuki Dövlətlərarası Aviasiya Komitəsi var və bu qurum MDB məkanında baş verən aviaqəzaların qara qutularının açılmasını da həyata keçirir. Amma qurum Rusiyada yerləşir. Sırf şəffaf araşdırmaya görə qara qutular Braziliyaya göndərildi".
F.Hüseynəliyev diqqətə çatdırıb ki, təyyarənin idarəetmə sistemləri itirildikdən yalnız səkkiz dəqiqə sonra "Kovyor" əməliyyatı barədə məlumat verilib:
3Источники
-
far.azFuad Hüseynəliyev: AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı Rusiya daha dəqiq ifadələrlə üzr istəməlidir ( 15270987)
-
demokrat.az"AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı Rusiya daha dəqiq ifadələrlə üzr istəməlidir" ( 15270739)
-
report.azFuad Hüseynəliyev: AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı Rusiya daha dəqiq terminlərlə üzr istəməlidir ( 15265905)