RU

Türkmənistanda COP29-un nəticələri barədə brifinq keçirilib (FOTO)

Bakı. Trend:

Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov BöyükBritaniyanın Türkmənistandakı Səfirliyi və BMT-nin TürkmənistandakıNümayəndəliyi tərəfindən BMT-nin binasında diplomatik korpusuniştirakı ilə təşkil edilən İnkişaf Tərəfdaşları İqlim QrupununSəkkizinci Koordinasiya Görüşündə 2024-cü ilin noyabrında Bakıdakeçirilən BMT İqlim Dəyişikliyi Konfransının (COP29) əsasnəticələri barədə brifinq verib. Brifinqdə COP29-da əldə edilənmühüm nəticələr təqdim edilərək, Azərbaycanın beynəlxalq əməkdaşlıqvə iqlim dəyişikliyi məsələlərindəki fəaliyyətləri vurğulanıb. Eynizamanda, Azərbaycanın iqlim siyasətindəki əsas prioritetlər,regional və qlobal səviyyədə Azərbaycan tərəfindən həyata keçiriləntəşəbbüslər və gələcək əməkdaşlıq imkanları barədə geniş məlumatverilib.

Azərbaycanın Türkmənistandakı Səfirliyindən Trend-ə verilən məlumata görə, səfirQismət Gözəlov bildirib ki, 2024-cü ildə COP29-un məhz Azərbaycandakeçirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizinbeynəlxalq arenada artan nüfuzunun göstəricisidir. AzərbaycanınCOP29-a ev sahibliyi etməsi 2024-cü ilin ən vacib hadisəsi vəölkənin yaşıl iqtisadiyyata keçid strategiyasının məntiqidavamıdır. Bu, Azərbaycanın beynəlxalq səviyyədə iqlim dəyişikliyiilə mübarizədəki fəallığını və bu sahədəki liderlik rolunu daha dagücləndirir.

Səfir qeyd edib ki, Azərbaycan uğurla qeyd olunan qlobal tədbirəhazırlıq görüb və yalnız 10 ay ərzində məqsədlərini həyatakeçirməyi bacarıb. COP29 çərçivəsində baş tutmuş Dünya Liderlərininİqlim Fəaliyyəti Zirvəsi zamanı 34 yüksək səviyyəli tədbir, 250-dənçox xarici tərəfdaşın birgə təşkilatçılığı ilə ekologiya, maliyyə,investisiya, enerji, sülh, elm, texnologiya, qida təhlükəsizliyi,urbanizasiya və gender bərabərliyi kimi mövzular üzrə 100-dən çoxtədbir keçirilib. Bu tədbirlərdə 198 ölkə təmsil olunub, 80 dövlətvə hökumət başçısı olmaqla, 200-dən çox beynəlxalq təşkilat,2000-dək QHT nümayəndəsi iştirak edib. COP29 çərçivəsində 14 qlobalvə 7 regional təşəbbüs elan edilib.

Qismət Gözəlov vurğulayıb ki, COP29-un mühüm qərarlarından biri,1,3 trilyon ABŞ dolları məbləğində yeni iqlim maliyyəsi hədəfininmüəyyən olunması olub. Bu çərçivədə 2009-cu ildə qəbul edilmiş 100milyard dollarlıq maliyyə öhdəliyi üçqat artırılaraq, inkişaf etmişölkələrin 2035-ci ilə qədər bu rəqəmi ən azı 300 milyard dollaraçatdırması olub. Eyni zamanda, bütün tərəflərə iqlim tədbirləriüçün inkişaf etməkdə olan ölkələrə dövlət və özəl mənbələr hesabınaillik maliyyə axınlarını ən azı 1,3 trilyon dollara yüksəltməkçağırışı olub.

Səfir Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə həm qlobal,həm də regional əməkdaşlıqda önəmli rol oynadığını da vurğulayıb.COP29 çərçivəsində Mərkəzi Asiya ölkələri və Türk DövlətləriTəşkilatları çərçivəsində aparılan əməkdaşlıqların da önəmini qeydedib. Qismət Gözəlov bildirib ki, COP29 çərçivəsində Azərbaycan,Qazaxıstan və Özbəkistan arasında bərpa olunan enerji sahəsindəstrateji tərəfdaşlıq razılaşması imzalanıb və Xəzər dənizi iləAvropaya təmiz enerji ötürəcək kabel layihəsi həyata keçiriləcək.Bununla yanaşı, SPECA və CAREC proqramları çərçivəsində iqlim vəinnovasiya sahəsində Mərkəzi Asiya ölkələri üçün yeni əməkdaşlıqtəşəbbüsləri də irəli sürülüb. COP29 çərçivəsində “Xəzər EviPlatforması” layihəsi də təqdim edilərək, memorandum imzalanıb.

Səfir Azərbaycanın COP29-a sədrliyi dönəmində iqlimməsələlərindəki mövqeyini daha da möhkəmləndirmək üçün təşəbbüslərivə səyləri davam etdirəcəyini qeyd edib.

Brifinq zamanı sinevizyon vasitəsilə COP29-da əldə olunannailiyyətlər və xronoloji statistik məlumatları ətraflı əks etdirənvideoçarx nümayiş olunub.

Türkmənistanda
Türkmənistanda
Türkmənistanda
Türkmənistanda
Türkmənistanda
Избранный
5
5
az.trend.az

6Источники