RU

Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında diplomatik pasport sahibləri üçün qarşılıqlı viza tələbi ləğv edilir

Səudiyyə Ərəbistanı Krallığının Nazirlər Şurası “Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu”nu təsdiq edib.

AZƏRTAC bunu Səudiyyə Ərəbistanı Xəbər Agentliyinə (SPA) istinadla bildirir.

Qeyd edək ki, bununla bağlı Anlaşma Memorandumu ötən il sentyabrın 27-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT Baş Assambleyasının 79-cu sessiyasının ümumi müzakirələri çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan Əl Səud ilə görüşündə imzalanıb.

 
Şıxəli Əliyev 

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Избранный
2
2
xalqqazeti.az

3Источники