RU

Dövlət İmtahan Mərkəzi imtahan rəhbərləri və nəzarətçiləri mükafatlandırıb.

5 fevral 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlarda fəaliyyəti yüksək qiymətləndirilən imtahan rəhbərləri və zal nəzarətçilərinin mükafatlandırılmasına həsr olunan tədbir keçirilib.

İştirakçılar görüşdən öncə DİM-də yaradılan ölkəmizin milli qiymətləndirmə tarixini əks etdirən muzeylə tanış olublar.Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə ictimai iştirakçılıq prinsiplərinə uyğun olaraq Mərkəzin fəaliyyətində müxtəlif qurumların, elm-təhsil müəssisələrinin nümayəndələrinin iştirakının əhəmiyyəti barədə danışıb. M.Abbaszadə imtahanların şəffaf keçirilməsində və kütləvi proseslərin idarə olunmasında zal nəzarətçiləri və imtahan rəhbərlərinin rolundan, gördükləri işin məsuliyyətindən, imtahanlarda daha bacarıqlı və layiqli şəxslərin seçilməsində onların xidmətlərindən bəhs edib və bu işin təşkilində öz köməyini əsirgəməyən müəllimlərə DİM-in kollektivi adından təşəkkür edib.

Sədr həmçinin bildirib ki, DİM tərəfindən keçirilən imtahanların model, texnologiya və məzmun baxımından müxtəlifliyi zal nəzarətçilərinin fəaliyyətinin təkmilləşdirilməsini, peşəkarlıq səviyyəsinin yüksəldilməsini tələb edir. DİM tərəfindən ictimaiyyətin daha geniş hissəsinin imtahan prosesinə nəzarətçi qismində cəlb edilməsi məqsədilə zal nəzarətçisinin fəaliyyətinin sertifikatlaşdırılması layihəsi davam edir. Bu layihəyə marağın yüksək olması və bu il sertifikasiyadan keçib imtahanlara cəlb olunmaq üçün 2650 namizəd müraciət etdiyi qeyd olunub. Sədr DİM-in ötən il elektron imtahanlar korpusunun istifadəyə verildiyini və kompüterlər vasitəsilə keçirilən imtahanların iştirakçı kütləsinin artacağını nəzərə alaraq yeni texnologiyaların mənimsənilməsi məqsədilə nəzarətçilər üçün ayrıca təlimlər keçiriləcəyini də diqqətə çatdırıb.

Ətraflı: https://shorturl.at/GwGWo

Избранный
3
1
tehsil.biz

5Источники