RU

Səməd Vurğunu necə qınamaq olar? - Filosofa jurnalist dərsi

 Əlisa Nicatın savadına və istedadına heyiflər olsun. Bir-birimizi yaxşı tanıyırıq, uzun müddət bir yerdə işləmişik, ondan maraqlı müsahibələr almışam.

Əlisa bəyin niyə belə etdiyini bilən az sayda adamlardan biriyəm. Təəssüf edirəm, yazıçı cılız hisslərlə yaşamamalıdır. Yazçıya, şairə yazdıqlarının məzmununa görə siyasi qiymət vermək kökündən yanlışdır. Yazar tarixçi deyil, məhz obrazçıdır. O, obrazlar yaradır, poetika qurur, təxəyyülünün yüksək səviyyəsindən və istedadından yararalanaraq məhz oxucu üçün əsərlər yazır. Məsələn, Səməd Vurğunun "Vaqif" pyesi möhtəşəm əsərdir, amma Qacar mənfi, Vaqif müsbət obrazda təqdim olunur. Əslində Qacaq türk sərkərdəsi olub, cəngavərliyi ilə ad qazanıb, Vaqifsə, nə qədər istedadlı olsa da, xaraktercə yaxşı insan kimi yaşamayıb - tarixçilər deyir. İndi buna görə pyesi yazanı necə qınamaq olar. 

Hər hansı əsərdə, məsələn, Məhəmməd Peyğəmbərlə İsa Peyğəmbəri görüşdürə, lap aralarında ədavət sala bilərəm. Yazıçı oxucu üçün yazır, siyasi tarix üçün yox. Səməd Vurğun böyük şəxsiyyət və çox nəhəng istedada malik şairdir. Biz belə şairlərimizlə fəxr edirik. Əlisa bəy, deyəsən müsahibəsində Müşfiqin adını bir növ qəhrəmanlıq təcəssümü kimi söyləyib. Müşfiq ən gənc qatı kommunistlərdən olub. Böyük şairin kommunizmi öyən yüzlərlə şeirləri var. Tarix də sübut edib ki, onu Bağırov yekəxanalıq etdiyinə, özünə, istedadına, kommunizmə güvənərək təkəbbürlü davrandığına görə qara siyahıya salıb, hətta iki dəfə xəbərdarlıq da göndərib ki, Müşfiq göylərdən yerə ensin. Bütün bu kimi faktlar insan xarakterinə bağlıdır. Bizə şairin, yazıçının xarakteri yox, əsəri lazımdır. 

Müşfiq "Yenə o bağ olaydı" şeiri ilə dünya poeziyasına möhür vurub. Səməd Vurğunun "Tələsmirəm" şeiri də poeziyanın ulduzlarındandır. Nəsə, çox danşa bilərik. Ancaq Əlisa Nicatın yazıçılığına hörməti olan, bəlkə də bütün əsərlərini oxuyan bir oxucu kimi, onun qocala bilməməsinə təəssüf edirəm. Məncə bu söhbəti unudaq getsin. Əlisa bəy də ədəbiyyata az dəstək olmayıb.

Ceyhun Musaoğlu

Избранный
13
missiya.az

1Источники