RU

Azərbaycan klubu heyətinə amerikalı basketbolçu qatıb

Bakı, 5 fevral, AZƏRTAC

“Sərhədçi” klubu heyətinə yeni basketbolçu qatıb.

Paytaxt təmsilçisindən AZƏRTAC-a verilən məlumata görə, komanda ABŞ-dan olan oyunçu Cimmi Nikolsu transfer edib. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.

C.Nikols artıq Azərbaycana gəlib və komandanın məşqlərinə qoşulub.

O, “Sərhədçi”nin sabah “Neftçi”yə qarşı keçirəcəyi oyunda meydana çıxa biləcək.

Избранный
5
azertag.az

1Источники