RU

Baydenin gələcəyi

Yanvarın 20-də kreslosunu Donald Trampa verən keçmiş ABŞ prezidenti Co Bayden 2017-2020-ci illər arasında onu təmsil edən “Creative Artists Agency” (CAA) ilə yenidən müqavilə imzalayıb.

Los-Ancelesdə yerləşən istedadlar agentliyinin həmsədri Riçard Lovett açıqlamasında deyib: “Prezident Bayden milli və qlobal məsələlərdə Amerikanın ən hörmətli və təsirli səslərindən biridir. Onun ömür boyu ictimai xidmətə sadiqliyi birlik, nikbinlik, ləyaqət və fürsət mesajı verir. Onunla yenidən əməkdaşlıq etməkdən böyük şərəf duyuruq”.

82 yaşlı Baydenin 50 illik siyasət karyerasından sonra nə edəcəyi maraqla gözlənilir.

Demokrat siyasətçi keçən ay Ağ Evi tərk edərkən deyib: "Biz vəzifədən gedirik, mübarizədən deyil”.

Cəmi iki həftə əvvəl vəzifədə gedən Baydenin Delaverdəki evində vaxt keçirdiyi məlumdur.

Co Bayden 2017-ci ildə eyni agentlikdə olarkən “Mənə söz ver, ata” adlı xatirə kitabını nəşr etdirmişdi.

Böyük oğlu Bo Baydenin ölümündən bəhs edən kitab “The New York Times”ın nəşrinin tərtib etdiyi bestseller siyahısında birinci yeri tutmağı bacardı. Kitabın 2020-ci il seçkilərində prezidentliyə namizəd olan Baydenin qələbə çalmasında təsirli oldu.

Adətən Hollivud ulduzları və tanınmış simalarla işləyən CAA digər siyasətçilərlə də sövdələşmələr bağlayıb. ABŞ-ın keçmiş prezidenti Barak Obama və həyat yoldaşı Mişelin “Higher Ground” prodüser şirkəti CAA ilə əməkdaşlıq edir.

2016-cı ildə Demokratlar Partiyasının prezidentliyə namizədi olan və Donald Trampa məğlub olan Hillari Klinton da istedadlar agentliyi ilə müqavilə imzalayıb və xatirələri haqqında kitab yazıb.

Избранный
88
vaxt.az

1Источники