RU

Bakıda baş həkimin iş masasına həbs qoyuldu - TƏFƏRRÜAT

Bakıda məşhur "MedAura" Klinikasının tibbi avadanlıqları üzərində həbs qoyulub.

Redaktor.az-ın "Qaynarinfo"ya istinadla məlumatına görə, məhkəmə klinika rəhbərinin G.H. adlı pasyentə dəyən zərərin qarşılığında 30 min manat təzminat ödənilməsinə qərar verib.

Üzərindən xeyli müddət keçməsinə baxmayaraq, qərar "MedAura" tərəfindən icra olunmayıb. Bununla bağlı Ədliyyə Nazirliyinin Nəsimi Rayon İcra şöbəsi Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Məhkəmənin qərarı ilə "MedAura" Klinikasının 39162 manatlıq hesablarına, həmçinin klinikanın çox sayda tibbi avadanlığı, elektronik cihazları və əşyalarının üzərinə həbs qoyulub. Həbs qoyulan əşyalar arasında iş masası, divan, televizor və s. var.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında 1982-ci il təvəllüdlü Pərvanə Ağayeva həmin klinikada həyata keçirilən estetik əməliyyat zamanı anesteziyadan sonra dünyasını dəyişib.

Klinikanın qanuni təmsilçisi və baş həkimi Nigar Məhəmmədovadır. Nəsimi rayonu, Salatın Əsgərova küçəsində yerləşən "MedAura" Klinikasının hazırda Dövlət Vergi Xidmətinə 62607.57 manat vergi borcu var. 

Избранный
3
2
redaktor.az

3Источники