RU

GSK-nın mənfəəti azalıb

Fins.az - Böyük Britaniyanın tanınmış farmasevtika şirkəti GSK Plc (keçmiş adıyla GlaxoSmithKline) 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb.

Şirkət əməliyyat mənfəətində kəskin azalma qeyd etsə də, gəlirini artırmağa müvəffəq olub.

GSK-nın əməliyyat mənfəəti 2024-cü ildə 4,02 milyard funt sterlinq (5 milyard dollar) olaraq müəyyən edilib, bir il əvvəl isə bu göstərici 6,75 milyard funt idi. Şirkətin təmiz mənfəəti də 2,58 milyard funtdan 4,93 milyard funtadək azalıb. Bununla yanaşı, GSK-nın gəliri 2024-cü ildə 3% artaraq 31,38 milyard funt sterlinq olub. Bu nəticə, analitiklərin proqnozlarına əsasən, gözləniləndən yaxşı nəticədir. Şirkətin IV rübünə dair nəticələri daha müsbət olub. Əməliyyat mənfəəti 21% artaraq 696 milyon funt sterlinqə çatıb. Gəlir isə 8,12 milyard funtdan 8,05 milyard funtadək yüksəlib. Şirkət 2024-cü ildə gəlirin 3-5%, əməliyyat mənfəətinin isə 6-8% artmasını gözləyir. Həmçinin, hər səhmdara rüblük dividend olaraq 16 pens təklif edilib.

GSK səhmlərinin qiymətləri çərşənbə günü 5,5% artıb. Şirkətin kapitalizasiyası son üç ayda 6,5% artaraq 56,3 milyard funt olub, FTSE 100 fond birjası indeksi isə 4,9% artıb.

 

Избранный
4
fins.az

1Источники