RU

Rusiya ordusu Kramatorska hava zərbəsi endirdi

Rusiya ordusu Donetsk vilayətinin Kramatorsk rayonunun yaşayış məntəqələrinə hava zərbəsi endirib. Drujkovkanın atəşə tutulması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb.

XəzərNews.az xəbər verir ki, bu barədə fevralın 5-də Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti Telegram-da məlumat yayıb.

"Düşmən atəşi nəticəsində insanların olduğu yaşayış binası dağılıb. Təəssüf ki, bir nəfər ölüb, iki nəfər yaralanıb. Həmçinin 7 yaşayış binası, mağaza və bir neçə avtomobilə ziyan dəyib", - xilasedicilər bildiriblər.

Bundan əlavə, qeyd edilib ki, yerli müəssisənin ərazisində 144 m² ərazini əhatə edən yanğın söndürülüb.

Lalə
XəzərNews.az


Xəbər 5 dəfə oxunub.
Избранный
5
xezernews.az

1Источники