“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev apasport.az saytına müsahibə verib.
- "Qarabağ" sonuncu turda "Zirə"yə məğlub oldu. Matçla bağlı düşüncələrin necədir? Səncə, komanda nəyə görə məğlub oldu?
- Təbii ki, bu matçdan da qalibiyyətlə ayrılmaq istəyirdik. Amma təəssüf ki, olmadı. Qələbəni əldən verdik. Artıq o oyun geridə qaldı. Qarşıdakı oyuna hazırlaşırıq. Daha diqqətli olmalıyıq.
- Maraqlıdır ki, "Qarabağ" hesabda 2:0 öndə idi. Əslində, "Qarabağ"da az-az görünür ki, hesabda bu cür üstünlüyü olsa da, sonda məğlub olur. Arxayınçılıq var idi, yoxsa fiziki yorğunçuluq?
- Bilirsiz, hansısa bir nöqtədə oyunu uduzduq. Ondan sonra isə geri qayıda bilmədik. Sonda da uduzduq.
- Demək olar ki, yavaş-yavaş idman formanı bərpa edirsən? Artıq özünü daha yaxşı hiss edirsən?
- Bəli, bəli. Allaha şükürlər olsun, oyundan-oyuna özümü daha yaxşı hiss edirəm. Meydana çıxdığım hər matçda komandanın uğuru üçün əlimdən gələni edirəm.
- "Turan Tovuz" və "Zirə"yə məğlub olmağınıza baxmayaraq, yenə də çempionluğa əsas favoritsiniz. Səncə, komanda çempion ola biləcək?
- Özümüzü bu məğlubiyyətlərə görə əsəbiləşdirmirik. Futbolda belə hallar olur. Sadəcə tez bir zamanda düzgün əhval-ruhiyyəyə qayıdıb qalib gəlməyə başlamaq lazımdır. Daha çox çalışmaq lazımdır.
- "Qarabağ" bu mövsüm Avropa Liqasında sonuncu pilləni tutdu. Bunu nə ilə əlaqələndirirsən? Səncə, səbəb nə oldu?
- Belə hallar olur. Çox şey deyə bilərik, amma indi bunun mənası yoxdur. Artırmaq və güclənmək lazımdır. İndi hamı futbol oynamağı bacarır. Bunu elə aşkar şəkildə görürük.
- Yeni sezondan Azərbaycan Premyer Liqasında legioner limiti tətbiq olunmayacaq. Səncə, necə olacaq? Klubların yerli futbolçulara güvəni, etimadı itəcək?
- Bu haqda danışmaq mənim işim deyil. Mənim işim futbol oynamaqdır.
- Bu qərardan sonra azərbaycanlı futbolçuların xaricə gedişi baş tuta bilər? Yoxsa, düşünürsən ki, azərbaycanlı futbolçuları istəyən klublar az olacaq?
- İndidən nəsə demək mümkün deyil. Yalnız zaman göstərəcək.
- "Qarabağ" ölkə kubokunda "Səbail"lə qarşılaşacaq. Bu matçı və kuboku qazanmaq şanslarınızı necə dəyərləndirirsən?
- Biz hər oyunda qələbə qazanmağa çalışırıq. “Səbail”lə görüşdə də istəyimiz eynidir. Bilirsiz, biz həm çempionluğu, həm də kuboku qazanmağa çalışacağıq. Bunun üçün də sona qədər mübarizə aparacağıq.
- Julio Romao və Juninyo komandadan getdi, əvəzinə isə Kadi Borges qayıtdı. Bu haqda fikrin necədir?
- Mən onlara uğurlar arzulaya bilərəm. Kadini biz əvvəldən yaxşı tanıyırıq. Allah qoysa, komandamıza xeyir gətirər.
AFFA Ruslan Abışovu cəzalandırdı
AFFA "Turan Tovuz"u 3500 manat cərimələyib
"Qarabağ"ın yeni 9 nömrəsi
Millimizin üzvləri ilə görüş keçirilib
“Karvan” Premyer Liqaya qayıdır? – Təhlil, açıqlama