Birbank Private müştərilərinə eksklüziv xidmətlər və unikal imtiyazlar təklif
etməyə davam edir.
Belə ki, Birbank Private, PAŞA Travel və Visa şirkəti ilə
əməkdaşlıq çərçivəsində Birbank Miles Dark kartına əlavə edilən yeniliklərlə
səyahəti sevənlərə daha rahat və sərfəli istirahət imkanları təqdim edir.
Birbank Miles Dark istifadəçiləri artıq PAŞA Travel-dən keçən ödənişlərdə
topladıqları milləri yalnız aviabiletlər üçün deyil, həm də otellərin, turların
rezervasiyası, CİP/VİP zallara giriş, sürətli keçid, visa dəstəyi və avtomobil
icarəsi kimi səyahət xidmətləri üçün də istifadə edə biləcəklər.
Kart öz sahiblərinə Abu Dabi, Dubay və digər şəhərlərdə premium transfer
xidmətlərindən, endirimlərdən və səyahətlə bağlı konsultasiyalardan
yararlanmaq şansı da yaradır.
Yeniliklərdən biri də müştərilərin istifadəsinə verilən hədiyyə kartlarıdır.
Birbank Private-in bütün imkanlarını özündə birləşdirən və keşbek və ya
millər şəklində təklif olunan “Visa Infinite” kartlarını müştərilər öz
yaxınlarına hədiyyə edə biləcəklər.
Bundan başqa Birbank Private müştəriləriləri Visa konsyerjin imtiyazlarından
yararlanmaqla yanaşı öz şəxsi menecerlərinə müraciət edərək assistent
xidməti ilə bu imtiyazları sifariş edə bilərlər. Bu xidmət müştərilərə transfer,
sürətli keçid, CİP zallarına kimi bir çox xidmətlərdən onlayn istifadə
üstünlüyü qazandırır.
Qeyd edək ki, bütün bu yeniliklər “Birbank Miles Dark Kartı ilə üfüqləri
genişləndirin!” şüarı altında keçirilən tədbirdə müştərilərə təqdim olunub.
Tədbir Birbank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadənin açılış nitqindən
sonra, PAŞA Travel şirkətinin Gəlirlər üzrə Baş Direktoru Rüfət Bağırov,
Visa-nın Azərbaycanda baş direktoru və regional meneceri Nurlan Hacıyev
və brend səfiri Andrey Burlutskinin təqdimatları ilə davam edib. Tərəflər
məhsulun üstünlükləri haqqında qonaqlara ətraflı məlumat verərək onların
suallarını cavablandırıblar. Tədbirdə həmçinin, Birbank Private-in yeni
filialının müştərilərin istifadəsinə verilməsi haqqında da məlumat verilib.
Müştəri məmnuniyyətini əsas prioritet kimi qəbul edən Birbank-ın fərdi
bankçılıq xidmətləri artıq Birbank Private adı altında təqdim ediləcək.
Birbank Private müştərilərə şəxsi yanaşma, etibarlı idarəetmə təklif edən və
yüksək səviyyəli dəstək ilə onların maliyyə ehtiyaclarını rahat və effektiv
şəkildə qarşılayan eksklüziv xidmətdir. Birbank Private xidmətləri ilə bağlı
daha ətraflı məlumat üçün https://private.birbank.az/ saytına müraciət edə
bilərsiniz