RU

"Qış təlimi - 2025"in "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib (FOTO)

Bakı. Trend:

Türkiyə Respublikasının Qars səhərində "Qış təlimi - 2025" birgətəlimində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumatverilib.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) komandanıgeneral-mayor Kənan Seyidov, Azərbaycan Ordusu Quru Qoşunlarınkomandanının müavini general-mayor İlqar Lətifov, TürkiyəRespublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordugeneralı Selçuk Bayraktaroğlu, eləcə də Azərbaycan RespublikasınınTürkiyə Respublikasındakı hərbi attaşelik aparatının və digəriştirakçı dövlətlərin hərbi nümayəndələri iştirak ediblər.

Əvvəlcə iştirakçılara təlimin gedişatı, qarşıda durantapşırıqların məqsədi və yerinə yetirilməsi barədə statistikməlumatlar monitorda və ərazinin sxemi üzərində təqdim olunub,videobağlantı vasitəsilə bölmələrin fəaliyyəti haqqında zabitlərinməruzələri dinlənilib.

Qonaqlar şərti əməliyyatların icrası zamanı hüquqiməlumatlandırma və medianın idarəolunması məntəqələrinə baxışkeçirib.

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra təlim poliqonunda"Qış təlimi - 2025"ə cəlb edilən iştirakçılar tərəfindən müxtəlifepizodların praktiki icrası media nümayəndələri və qonaqlartərəfindən maraqla izlənilib.
Plana uyğun olaraq, əməliyyatlar zamanı bölmələrlə qarşılıqlıəlaqənin təmin edilməsi, döyüş vərdişlərinin yoxlanılması, atəşinidarə olunması, həmçinin axtarış-xilasetmə tədbirləri və döyuştəminatı üzrə fəaliyyətlər həyata keçirilib.

Təlimin ssenarisinə əsasən, artilleriya qurğuları, zirehlitexnika, döyüş təyyarələri və helikopterlərdən qanunsuz silahlıbirləşmələrin sığınacaqları, texnikası və canlı qüvvəsinin məhvedilməsi üzrə tapşırıqlar yerinə yetirilib.

Həmçinin çətin hava şəraitində təyyarələrdən endirilən taktikihava desantı qrupları dağlıq ərazidə döyüş tətbiqi üzrətapşırıqları icra ediblər.

Təlimdə ölkəmizi təmsil edən Əlahiddə Ümumqoşun Ordunun hərbiqulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər.

Məqalədə:
Избранный
15
19
az.trend.az

10Источники