RU

Levandovski: "Hər oyunda 3-4 dörd qol vurmaq həmişə mümkün olmur"

"Barselona"nın hücumçusu Robert Levandovski İspaniya çempionatının 22-ci turunda "Alaves"(1:0) üzərində qazanılan qələbəni şərh edib. 

Sportal.az "Marca"ya istinadən xəbər verir ki, son görüşdə komandasının yeganə qolunu vurmuş polyak hazırkı durumundan da danışıb:

"Matça aydın qələbə hədəfi ilə yanaşdıq. Liderdən geri qalmağımız bizi qələbəyə vadar edirdi. Hər oyunda 3-4 qol vurmaq həmişə mümkün olmur. Bəzən yalnız müdafiədə oynayan rəqiblərlə qarşılaşırsınız. Amma bu da futbolun bir hissəsidir. Biz səbirli olduq, anı tapdıq və rəqiblərimizdən bir qol daha çox vurduq. Bu, bizə sevinc və məmnunluq verdi".

"Barselona" 22 turdan sonra 45 xalla 3-cü pillədədir. “Atletiko” 48 xalla 2-ci, “Real” isə 49 xalla 1-ci pillədədir.

 

saytlarin hazirlanmasi

Избранный
3
1
sportal.az

2Источники